Ayaq dırnaqlarında zamanla yaranan saralmalar həm estetik narahatlıq doğurur, həm də yanlış qulluq vasitələrinin nəticəsi kimi ortaya çıxır.
Lak istifadəsi və havasız ayaqqabılar dırnaq rənginin dəyişməsinə səbəb olsa da, ev şəraitində hazırlanan sadə qarışıqla bu problemi həll etmək mümkündür.
Bu təbii vasitənin əsasını kokos yağı, limon və soda təşkil edir. Kokos yağı dırnaq ətrafını nəmləndirir, limonun turşulu tərkibi saralmaları aradan qaldırır, soda isə ölü dərini təmizləyərək dırnaqlara sağlam görünüş verir.
Effektiv qarışığı hazırlamaq üçün 1 desert qaşığı kokos yağı, yarım çay qaşığı təzə limon suyu və 1 çay qaşığı sodanı qarışdırmaq kifayətdir. Məhlul təmiz dırnaqlara çəkilərək 10 dəqiqə gözlənilir, sonra isə yumşaq fırça ilə ovularaq yuyulur.
Bu proseduru həftədə 1-2 dəfə təkrarlamaq tövsiyə edilir. Lakin həssas dərisi olanlar limondan ehtiyatla istifadə etməli, açıq yara və ya infeksiya zamanı bu üsuldan qaçmalıdırlar. Əgər saralma uzun müddət keçmirsə, bu, göbələk kimi daha ciddi problemlərin xəbərçisi ola bilər. Belə hallarda həkimə müraciət etmək vacibdir.//Demokrat.az