AZ

“Real”ı tərk edir: Doğma klubuna qayıdacaq?

“Real”ın yarımmüdafiəçisi Dani Sebalyos yay transfer pəncərəsində komandanı tərk edə bilər.

Publika.az xəbər verir ki, “Marca”nın məlumatına görə, futbolçunun xidmətində “Betis” maraqlıdır. Sevilya təmsilçisi hazırda bu transfer uğrunda əsas favorit sayılır.

Qeyd edək ki, Dani Sebalyos məhz “Betis”in yetirməsidir. O, 2017-ci ildə 16 milyon avro qarşılığında “Real”a transfer olunub.

29 yaşlı yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir.

Seçilən
53
publika.az

1Mənbələr