Bakı. Trend:
İtaliyanın Parma bölgəsində yerləşən Maqnani-Rokka Fondunda(özəl muzeydə) böyük oğurluq hadisəsi qeydə alınıb.
Trend xəbər verir ki, hadisəbir neçə gün sonra aşkar olunub.
Oğurlanan əsərlər sırasında Pyer-Oqüst Renuarın “Balıqlar”, AnriMatisın “Terrasda odaliska” və Pol Sezanın “Albalı ilə natürmort”tabloları yer alır.
Məlumata əsasən, naməlum şəxslər muzeyə daxil olaraq əsərləriqısa müddətdə oğurlayıb və heç bir iz qoymadan ərazini tərkediblər. Hadisə ilə bağlı araşdırma davam etdirilir.