AZ

“Air China” 6 illik fasilədən sonra Pekin ilə Pxenyan arasında uçuşları bərpa edib

Bakı. Trend:

Çinin milli aviadaşıyıcısı “Air China” 6 illik fasilədən sonraPekin ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtıPxenyan arasında sərnişin təyyarəsi uçuşlarını bərpa edib.

Trend xəbər verir ki, martın30-da yerli vaxtla səhər saat 8-də (Bakı vaxtı ilə saat 4-də)şirkətin CA121 nömrəli reysi üzrə ilk təyyarəsi Pekinin PaytaxtBeynəlxalq Hava Limanından yola düşüb. Təyyarənin saat 10:30-daPxenyana çatması gözlənilir. Geri dönüş isə günorta saatlarında baştutacaq. Ekonom sinif biletlərinin qiyməti təxminən 200 ABŞdollarıdır.

Çin ilə KXDR arasında uçuşlar 2020-ci ilin əvvəlində COVID-19virusunun yayılmağa başladığı vaxt dayandırılıb. “Air Koryo”şirkəti 2023-cü ildən Pxenyan-Pekin uçuşlarını bərpa edib.

Qeyd edək ki, martın 12-də iki ölkə arasında sərnişinqatarlarının hərəkəti də 6 illik fasilədən sonra bərpa olunub.Artıq Çinin Dandon şəhəri ilə Pxenyan arasında sərnişin qatarlarıgündəlik əsasda, Pekin-Pxenyan qatarları isə həftədə 4 dəfəfəaliyyət göstərir.

Seçilən
27
1
az.trend.az

5Mənbələr