Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir nazirləri arasında məsləhətləşmələr keçirib.
Pakistanın xarici işlər naziri İshaq Dar, İslamabadda Türkiyə, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirləri ilə dördtərəfli məsləhətləşmələrdən sonra jurnalistlərə bildirib ki, tərəflər regionda müharibəni tez və davamlı şəkildə dayandırmağın mümkün yollarını müzakirə ediblər. O, həmçinin müharibənin heç kimin maraqlarına uyğun olmadığını qeyd edərək, Vaşinqton və Tehran arasında Pakistanın paytaxtında danışıqlara çağırıb.
Bundan əlavə, nazir Çinli həmkarı Vanq Yi ilə telefon danışığı zamanı Pekinin bu danışıqlara dəstəyini bir daha təsdiqlədiyini, regionda sülhə nail olmaq və müharibəyə dinc yolla həll yolu tapmaq üçün səylərin davam etdirilməsinin vacibliyini vurğuladığını bildirib.