AZ

Rasim Balayevin cənazəsi ölkəyəGƏTİRİLDİ - YENİLƏNİB

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib.

Redaktor.az xəbər verir ki, mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bir neçə saat sonra görkəmli sənətkarla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Daha sonra o, I Fəxri xiyabanda dəfn olunacaq.

***

Xalq artisti Rasim Balayevin nəşi bu gün gecə Vətənə gətiriləcək.

Redaktor.az xəbər verir ki, Rasim Balayevlə vida mərasimi sabah, 30 mart tarixində, saat 12.00-13.30 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.

Xalq artisti Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
***

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Konsulluqdan məlumat verilib.

Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.

Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır. Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.

Seçilən
33
31
redaktor.az

10Mənbələr