AZ

Alzheimerə qarşı sadə həll: Mətbəxə girin, yaddaşınızı qoruyun

Alzheimerə

Həftədə cəmi 1 dəfə edilən bu vərdiş demans riskini 17% azaldır. Ulusum.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yaponiyada aparılan yeni araşdırma Alzheimer və demans riskini azaltmaq üçün gözlənilməz, lakin olduqca sadə üsulu ortaya qoyub.Məlum olub ki, yemək bişirmək kimi aşağı intensivlikli gündəlik fəaliyyətlər beyində sinir əlaqələrini gücləndirir və zehni aktivliyi artırır. Araşdırmaya görə, həftədə cəmi bir dəfə belə fəaliyyətlə məşğul olmaq demans riskini 17 faiz azalda bilər. Mütəxəssislər bildirir ki, ağır idman növləri əvəzinə, müntəzəm və zövqlü hərəkətlər beyin sağlamlığının qorunmasında daha davamlı və effektiv nəticə verir. Xüsusilə mətbəxdə vaxt keçirmək həm fiziki, həm də zehni aktivliyi birləşdirərək Alzheimer kimi xəstəliklərə qarşı güclü qoruyucu təsir yaradır. Qeyd olunur ki, hərəkətsiz həyat tərzinin yaratdığı riskləri azaltmaq üçün belə sadə vərdişlər kifayət edə bilər. Bu isə güclü yaddaş və sağlam beyin üçün ən asan “resept” hesab olunur.R.İkramlıUlusum.az

Diqqət Çəkənlər

Seda Sayandən sərt reaksiya

Alzheimerə qarşı sadə həll: Mətbəxə girin, yaddaşınızı qoruyun

Tarhana şorbası necə hazırlanır? – Ənənəvi resept və faydaları

Seçilən
49
ulusum.az

1Mənbələr