AZ

İsrailin Livan planı: Milyonlarla insan hara köçürülür?

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubunda təhlükəsizlik zonası yaradılması planını təsdiqləyib.

Publika.az xəbər verir ki, “Əl-Cəzirə” qərarla bağlı bəzi detalları açıqlayıb.

Bildirilib ki, planlaşdırılan zona Litani çayı ərazisinə qədər uzanacaq. Bəzi yerlərdə çay İsrail sərhədindən cəmi bir neçə kilometr məsafədə yerləşsə də, digər ərazilərdə Cənubi Livanın daxilinə 30 kilometrə qədər uzanır.

İsrail hakimiyyəti genişmiqyaslı məcburi evakuasiya əmrləri verib. Bu əmrlər yalnız Litani çayının cənubunda deyil, həm də Zahrani çayı ərazisinə qədər olan yaşayış məntəqələrini əhatə edir. Beyrutun cənub ətrafları üçün qüvvədə qalan təxliyə qərarları ilə birlikdə nəticədə 1 milyondan çox livanlı məcburi köçkünə çevrilib.

Eyni zamanda İsrail ordusu Cənubi Livanda quru əməliyyatlarını davam etdirir. Son 24 saat ərzində sahil bölgələrində və Xiam şəhəri ətrafında hərbi aktivlik müşahidə olunub.

Seçilən
18
publika.az

1Mənbələr