AZ

“FIFA Series - 2026”: Azərbaycan millisi növbəti oyununa çıxacaq

Bu gün futbol üzrə Azərbaycan millisi “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Syerra Leone yığması ilə qarşılaşacaq.

Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

İdman.Biz
Seçilən
8
5
idman.biz

10Mənbələr