AZ

Millimiz Syerra Leoneyə qarşı

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Publika.az xəbər verir ki, millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında Sent Lüsiya yığmasına 6:1 hesabıyla qalib gəlib. Syerra Leone yığması isə bu turnirdə ilk görüşünü keçirəcək.

İlk oyunda olduğu kimi, Afrika təmsilçisi ilə görüş də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyun saat 19:00-da başlayacaq.

FIFA Series-2026
30 mart

Seçilən
28
4
publika.az

6Mənbələr