BAKI, 30 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbəri Müctəba Xameneinin səhhətinin ağır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə D.Tramp "Financial Times"a müsahibəsində deyib.
Donald Tramp bildirib ki, mərhum Əli Xameneinin oğlu barədə uzun müddətdir heç bir məlumat yoxdur: "Onun oğlu ya ölüb, ya da son dərəcə ağır vəziyyətdədir. Biz onun haqqında heç nə eşitməmişik. O, yoxa çıxıb".