ABŞ humanitar səbəblərdən Rusiya da daxil olmaqla digər ölkələrin Kubaya vaxtaşırı neft göndərməsinə etiraz etmir.
Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp çıxış edib: "Orada bir tankerimiz var. Bizim kiminsə tankerlə neft daşımasına etirazımız yoxdur, çünki onların (kubalıların - red.) sağ qalması lazımdır".
Trampdan Rusiyanın Kubaya 1 tanker neft yardımı göndərməsinə münasibət bildirməsi istənilib: “Əgər hər hansı bir ölkə indi Kubaya neft göndərmək istəyirsə, mənim bununla bağlı heç bir problemim yoxdur. Rusiya olub-olmamasının fərqi yoxdur. Əgər o, bunu etmək istəyirsə, digər ölkələr də etmək istəyirsə, bu, məni o qədər də narahat etmir”.
Trampın sözlərinə görə, bu cür təchizatlar Vaşinqtonun hərəkətləri, o cümlədən embarqo nəticəsində Kubada yaranan enerji böhranının aradan qaldırılması səylərinə “genişmiqyaslı təsir göstərməyəcək”: “Mən bu neftin Rusiyadan və ya digər ölkələrdən gəlməsinə icazə verməyə üstünlük verirəm, çünki Kubadakı insanların isitmə, soyutma və hər şeyə ehtiyacı var”, - deyə o əlavə edib.
Musavat.com