AZ

İran NPT-ni tərk etməklə hədələyir

Yazını böyüt
Yazını kiçilt

İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişi (NPT) tərk etməsinin vaxtı gəlib çatıb.

Hafta.az-ın məlumatına görə, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Brucerdi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, yaranan şəraitə görə, İranın NPT-də qalmasının artıq mənası yoxdur.

Brucerdi deyib ki, İran parlamentinin deputatlarının əksəriyyətində artıq bu fikir formalaşıb ki, baş verən hadisələrdən sonra İranın yüksək səviyyədə məhdudiyyətləri qəbul etməsi üçün hər hansı səbəb yoxdur.

“İran atom bombası ardınca deyil. Lakin ölkənin həm qaydalara riayət etməsi, həm də bombardman edilməsi bir-birinə uyğun gəlmir”, - deyə o qeyd edib.

Seçilən
18
hafta.az

1Mənbələr