AZ

“Fransa bu müharibədə İranla qarşıdurmadan qaçmağa üstünlük verir...”

“ABŞ-nin İranda davam edən müharibədən sonra, NATO məsələsində yeni strateji xətt həyata keçirəcəyik artıq Donald Tramp tərəfindən dilə gətrilməkdədir. Trampın dediklərindən belə aydın olur ki, Türkiyəni çıxmaq şərti ilə digər NATO müttəfiqləri İran məsələsində ABŞ-nin yanında yer almadı yaxud almaq istəmədi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib. 

Onun sözlərinə görə, bu isə ABŞ-nin mövcud durum qarşısında Avropa dövlətlərinə olan inamını və güvənini azaldacaq kimi görünür:

“Yəni, ABŞ gözləyirdi ki, Əfqanıstan, İraq və digər regionlarda olduğu kimi digər NATO dövlətləri də ABŞ ilə birgə İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcəklər. Amma ABŞ-nin ümidləri doğrulmadı. Əksinə, başda Böyük Britaniya olmaqla digər Avropa dövlətləri müharibəyə qoşulmaqdan imtina etdilər yaxud buna müsbət yanaşmadəlar. Təbii ki, Avropa liderləri fərqli açıqlama və bəyanatlarla məsələni özlərindən kənar tutbağa çalışırlar, amma reallıq dəyişməz olaraq qalmaqdadır. Böyük Britaniya baş naziri açıq şəkildə İranla başladılmış müharibənin onun ölkəsinin milli maraqlarına zidd olduğunu və bunun üçün bu əməliyyatlara qoşulmaq istəmədiyini dilə gətirdi. Fransa hələlik bu müharibədə maksimum susqunluğunu qorumağa çalışır. Makronun davranışları onu göstərir ki, Fransa bu müharibədə İranla qarşıdurmadan qaçmağa üstünlük verir. Almaniya kansleri Olaf Şolts isə sözdə ABŞ-İsrail ittifaqına dəstək verdiyini dilə gətirir”. 

O, bildirib ki, amma reallıq ondan ibarətdir ki, hələlik hansısa ciddi addımlar atılmır:

“İspaniya baş naziri Pedro Sançez isə müharibəni pisləməklə açıq şəkildə İranla müharibənin əksinə olduğunu nümayiş etdirmiş oldu. İndiki halda İtaliyada Corcia Meloni hökuməti NATO çərçivəsində ABŞ ilə müttəfiq olsa da, onun da müharibədən razı qalmadığını və müharibənin tezliklə bitməli olduğunu hər fürsətsə dilə gətirir. Qeyd edilən dövlətlərin həm də Avropa İttifaqı çərçivəsində birgə əməkdaşlığını nəzərə alsaq, ittifaqdan da verilən açıqlamanın dövlətlərin mövqeyi ilə üst-üstə düşdüyünü rahatlıqla qəbul etmək mümkündür. Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Kaja Kallasın açıqlamasında qeyd edilir ki, ABŞ və İsrail İranla müharibəni dayandırmalıdır və diplomatik həll tapılmalıdır. Bu o deməkdir ki, ABŞ-İsrail ittifaqının İrana qarşı başlatdığı hərbi əməliyyatlar genişmiqyaslı olmasa da, qərb dövlətləri buna qarşıdır və ABŞ rəhbərliyi, şəxsən Donald Tramp bunu dəqiq bilir. Ona görə də, ABŞ prezidenti açıq şəkildə özü dəavropalı müttəfiqləri ilə bağlı vəziyyəti etiraf edir. O zaman ortaya bir neçə sual çıxır. ABŞ-nin Qərbin mövcud mövqeyini nəzərə alaraq onlara qarşı mövqeyində hansısa dəgişiklik ola bilərmi? Əgər olarsa, ABŞ-nin yeni strategiyası nə ola bilər? Yeni reallıqda Avopa dövlətlərinin təhlükəsizliyinə hansı təsirlər yarana bilər? Ən əsası isə odur ki, Avropa dövlətləri ABŞ-İsrail ittifaqının İrana qarşı əməliyyatlarında niyə iştirak etmədi yaxud etmək istəmədi?. Növbəti yazıda bütün bu sualları daha detallış şəkildə işləməyə çalışacam”.

Vasif ƏLİHÜSEYN

Seçilən
14
adalet.az

1Mənbələr