AZ

Donald Tramp İranda "nefti ələ keçirmək" istədiyini bildirib

ABŞ və İsrailin İrana qarşı davam edən müharibəsi fonunda, Birləşmiş Ştatlar prezidenti Donald Tramp, bu addımı Vaşinqtonun Venesueladakı hərəkətləri ilə müqayisə edərək, "İslam Respublikasının neftini (öz nəzarətinə götürməyi - Red.) üstün tutacağını" bildirib.

Oxuməni.az xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə martın 29-da "Financial Times" qəzetinə verdiyi müsahibədə danışıb. Nəşrin saytında bu müsahibə bazar ertəsi, martın 30-da dərc olunub.

Xatırladaq ki, yanvar ayında ABŞ Venesuelanın lideri Nikolas Maduronu ələ keçirmiş və ölkənin neft sənayesinə "qeyri-müəyyən müddətə" nəzarət etməyi planlaşdırır.

"Düzünü desəm, ən çox istədiyim şey İranda nefti ələ keçirməkdir, lakin ABŞ-dakı bəzi axmaq insanlar deyirlər: "Niyə bunu edirsən?" Amma onlar axmaq insanlardır", - "Financial Times" Donald Trampdan sitat gətirir.

"Bu cür addım (ABŞ-ın İranın neft sənayesinə nəzarət etməsi - Red.) İran neftinin böyük hissəsinin ixrac edildiyi Xark adasının ələ keçirilməsini nəzərdə tutardı", - nəşrdə qeyd olunur.

Almaz Həsənli

Seçilən
24
oxumeni.az

1Mənbələr