BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin İstanbul şəhərində yerləşən Kuzey Marmara magistralının Arnavutköy istiqamətində zəncirvari yol qəzası baş verib.
TurkicWorld xəbər verir ki, hadisə Başakşehir ərazisində, Fenertepe məntəqəsi yaxınlığında qeydə alınıb.
Məlumata görə, hadisə yerinə dərhal çoxsaylı xilasedici, tibbi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polis əməkdaşlarını daşıyan xidmət avtomobilin qəza etməsi nəticəsində bir polis əməkdaşı həlak olub, daha 16 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralıların xəstəxanalara çatdırıldığı və onların vəziyyətinin nəzarətdə saxlanıldığı bildirilib. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.