AZ

Ronaldusuz Portuqaliya adi komandaya bənzəyir Mourinyu

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Benfika"nın baş məşqçisi Joze Mourinyu Kriştianu Ronaldunun Portuqaliya milli komandası üçün əhəmiyyətindən danışıb. 

Fanat.Az xəbər verir ki, "Goal" təcrübəli mütəxəssisin fikirlərini belə təqdim edib:

"Ronaldu olmadan Portuqaliya orta səviyyəli komanda kimi görünür. İnsanlar məşqçidən onu çağırmamağı xahiş edirlər. O, oynamadı və nəticəni gördünüz. Rəqibdə heç bir təhlükə, qorxu yoxdur. Üstəlik, Meksikanın təzyiqi altında olan bir komanda gördük. Ronaldo meydanda olanda isə əksinə, rəqib ehtiyatlı olur". 

Qeyd edək ki, superulduz milli komandanın Meksika ilə yoldaşlıq oyununu (0:0) buraxmalı olub.

41 yaşlı Ronaldu Portuqaliya millisində 226 oyun keçirib və 143 qol vurub. O, milli komandanın tərkibində Avropa çempionatını və Millətlər Liqasını qazanıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr