İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının təxliyəsi davam etdirilir.
Day.Az xəbər verir ki, 28 fevral 8.00-dan - 30 mart saat 10:00-dək İrandan müxtəlif ölkələrin vətəndaşları olmaqla ümumilikdə 3094 nəfər təxliyə olunub.
Belə ki, Çinin 728, Azərbaycanın 536, Rusiyanın 354, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 196, Omanın 80, İndoneziyanın 68, İranın 57, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 24, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 11, Belarusun 11, Böyük Britaniya, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliyanın 9, Sudanın hərəsinin 8, Venesuela 7, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.
Bundan başqa, Türkiyə, Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstan, Vyentam, Finlandiya, Qırğızıstanın hərəsinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı təxliyə edilib.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı keçib.