ABŞ İranda nüvə obyektlərini nəzarət altına almağı planlaşdırır.
“Cebheinfo.az” “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrandan uranın çıxarılaması əməliyyatını nəzərdən keçirir.
Məlumata görə, Tramp İrandan zənginləşdirilmiş uran ehtiyatlarının çıxarılması üçün hərbi əməliyyat keçirmək ehtimalını dəyərləndirir.
ABŞ quru qüvvələrinin bu əməliyyatı bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.Qeyd olunur ki, Tramp bu ideyaya müsbət yanaşır, lakin ABŞ qoşunlarının məruz qalacağı təhlükə səviyyəsini nəzərdən keçirir.
Bildirilir ki, ABŞ Prezidenti münaqişəyə son qoymaq üçün müşavirlərinə İrana təxminən 1000 funt (təxminən 450 kq) zənginləşdirilmiş uranı könüllü olaraq təhvil verməsi üçün təzyiq göstərməyi tapşırıb.