GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İran “Nüvə silahının yayılmaması haqqında” (NPT) müqavilədən çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirir”.
Globalinfo.az xəbər verir ki, bunu İslam Respublikasının parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Aləddin Borucerdi deyib.
“Yaranmış vəziyyəti nəzərə alaraq, İranın NPT-də üzvlüyü artıq məna kəsb etmir. Görünür, deputatlar arasında üstün mövqe də məhz budur — ABŞ və İsrailin addımlarından sonra belə məhdudiyyətləri qəbul etmək üçün səbəb qalmayıb.
Biz atom bombası yaratmağa can atmırıq, lakin eyni zamanda həm qaydalara riayət edib, həm də bombardmana məruz qalmaq mümkün deyil. Nəticədə NPT-dən çıxmağın vaxtı gəlib”, – deyə o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.