Bakıda yol hərəkəti qaydasını pozan sürücülər kameraya düşüb.
Redaktor.az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə martın 3-də, paytaxtın 28 May küçəsində qeydə alınıb. Belə ki, 77-KB-919 qeydiyyat nişanlı "Toyota" markalı və 77-NH-369 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüləri tıxac zamanı piyada keçidinin üzərində dayanıblar. Bu səbəbdən yolu keçməyə çalışan piyadalar məcburi şəkildə keçiddən kənara çıxmalı olublar.
"Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsinin III hissəsində qeyd olunub ki,
əgər piyada keçidindən o biri tərəfdə tıxac yaranıbsa və bu, sürücünü piyada keçidində dayanmağa məcbur edəcəksə, onun piyada keçidinə girməsi qadağandır.
Bu qayda pozuntusuna yol verən sürücülər qanunla məsuliyyətə cəlb edilə bilərlər.