AZ

Narkoman sürücü ilə bağlı qərar – VİDEO

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb.

Tibbi müayinə zamanı sürücünün narkotik vasitə marixuana istifadə etdiyi məlum olub. T.Həmidov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.

Seçilən
10
16
nocomment.az

10Mənbələr