Yeniavaz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ İranda 13 000 hədəfə zərbə endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The Financial Times” qəzetinə verdiyi müsahibədə bildirib.
“Hələ zərbə endirməli olduğu təxminən 3000 hədəfimiz qalır”, - Ağ Ev rəhbəri əlavə edib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektləri də zərbələrə məruz qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.