AZ

Arsenal ın 11 oyunçusu zədədən əziyyət çəkir

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Milli komandaların oyunlarına görə, yaranmış fasilədə "Arsenal"ın 11 oyunçusu zədələnib. Sport24.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. 

Mənbənin sözlərinə görə, İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendi milli komandada oynayarkən zədə alıb. Bukayo Saka, Deklan Rays və Noni Madueke də zədələrdən sonra kluba qayıdıblar. Villiam Saliba, Qabriel Magalhaes, Leandro Trossard, Eberechi Eze, Martin Odegaard, Jürrien Timber və Pyero İnkapie də hazırda komandanın məşqlərindən kənarda qalıblar. 

"Arsenal" hazırda İngiltərə Premyer Liqasında 70 xalla birinci yerdədir. "Topçular" həmçinin FA Kuboku və Çempionlar Liqasında da mübarizə aparırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
88
sport24.az

1Mənbələr