AZ

ABŞ İranda yeni əməliyyat keçirə bilər Bunun üçün

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ mətbuatının məlumatına görə, Donald Tramp administrasiyası İranın əlində olan təxminən 1000 funt (təxminən 450 kq) zənginləşdirilmiş uranı ələ keçirmək üçün yeni hərbi əməliyyat variantını nəzərdən keçirir.

"The Wall Street Journal" qəzetinin yüksək səviyyəli ABŞ rəsmilərinə istinadən yaydığı xüsusi xəbərdə bildirilir ki, Ağ Evdə İranın nüvə proqramının əsas mərkəzləri sayılan İsfahan və Natanz nüvə mərkəzlərinə qarşı  əməliyyat variantı müzakirə olunur.

Məlumata görə, İran atəşkəs danışıqları çərçivəsində uranı təhvil verməzsə, ABŞ Xüsusi Təyinatlı Qüvvələri əməliyyat həyata keçirilə bilər.

İddialara əsasən, Tramp yaxın çevrəsinə “İranlılar bu materialı saxlaya bilməz, ya razılaşma ilə, ya da zorla alacağıq” deyə bildirib.

Keçən il həyata keçirilən hava hücumlarından əvvəl İranın əlində 60 faiz zənginləşdirilmiş 400 kiloqramdan çox uran olduğu məlum idi. 

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr