AZ

Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməclik keçirilib

Bakı. Trend:

Bir neçə gün ərzində Bakı şəhərinə yağan şiddətli yağışlardansonra onun fəsadlarının aradan qaldırılması və səhərinsanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılmasıməqsədilə bu gün genişmiqyaslı daxili iməcilik keçirib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin MətbuatXidmətindən məlumata verilib.

Bildirilib ki, səhər saatlarından Kommunal təsərrüfatxidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucumaddələrlə əsas küçə və prospektlərin yuyulmasını aparıb. Bu zamanhəm də məhəllədaxili və ara yollar da yuyulub.

Həmçinin prospekt və küçələrin, səki kənarlarının, bordürlərinvə buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahətyerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət vəyaşayış məhəllələrində təmizlik işləri görülüb. İctimai-iaşə,ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafındasəliqə-sahman işləri aparılıb.

Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyiəməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakıağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması,onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib,zədələnən budaqları budanıb, rəngbərəng güllər əkilib, müxtəlifrəngli güllərdən kompozisiyalar yaradılıb.

Seçilən
16
29
az.trend.az

10Mənbələr