Bu gün səhər saatlarında neftin qiymətləri əvvəlki sessiyanın möhkəm artımından sonra yüksəlir.
Oxuməni.az xəbər verir ki, London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri 2,55 dollar (2,27%) artaraq bir barel üçün 115,12 dollara çatıb. Cümə günü bu kontraktın dəyəri 4,56 dollar (4,22%) artaraq bir barel üçün 112,57 dollara yüksəlmişdi.
Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin may fyuçersləri 1,26 dollar (1,26%) artaraq bir barel üçün 100,90 dollara yüksəlib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 5,16 dollar (5,4%) artaraq bir barel üçün 99,64 dollara çatmışdı.
Almaz Həsənli