AZ

Tarixi həqiqət, siyasi qiymət və milli yaddaş paradiqması Əkbər Qoşalı yazır

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarix və yaddaşın qarşılıqlı determinasiyası

108 il bundan öncə və Xalq Cümhuriyyətindən 2 ay öncə Bakıda, çdvrəsində və ümumən Azərbaycan ərazisində yaşanan dəhşətləri milli və dövləti yaddaşımız unutmamışdır.

Tarixin yalnız baş vermiş hadisələrin xronoloji təsviri olmadığını bilirik; onj da bilirik ki, tarix həm də kollektiv yaddaşın strukturlaşdırılmış formasıdır. Bu baxımdan, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü konkret tarixi hadisələrin anım günü olmaqdan irəli – milli identikliyin formalaşmasında rol oynayan yaddaş institutu kimi çıxış qəbul edirik.

1998-ci ildə – soyqırımının 80-ci, dövlət müstəqilliyinin bərpasının 7 ildönümüydü; həmin il dövlət başçımız “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli, 690 saylı Fərmanı ilə soyqırımı aktlarına verilmiş rəsmi, siyasi-hüquqi qiymət, əslində, tarixdən çox yaddaşın legitimləşdirilməsi prosesi idi.  Bu qərar milli tarixşünaslıqda yeni mərhələnin – postsovet reinterpretasiya  mərhələsinin başlanğıcını qoymuşdur.

İdeoloji əsaslar: Etnosiyasi ekspansionizm və “mifin siyasiləşməsi” fenomeni

XIX yüzilliyin əvvəllərindən etibarən Güney Qafqazda müşahidə olunan demoqrafik transformasiyalar və siyasi manipulyasiyalar bölgədə etnosiyasi dəngənin pozulmasına səbəb olmuşdur. Bu prosesin ideoloji bazasında dayanan bədəməl “Böyük Ermənistan” konsepti, klassik anlamda mifoloji konstruksiya olmaqdan çıxaraq, siyasi proqram və ekspansionist strategiya funksiyası qazanmışdır.  

Bu kontekstdə 1918-ci ilin mart-aprel hadisələri təsadüfi toqquşma sayılmamalıdır; o hadisələr, sistemli şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin kulminasiyası kimi qiymətləndirilməlidir.

1918-ci il hadisələrinin xarakteri: Soyqırımı kriteriyalarının tətbiqi

Çağdaş beynəlxalq hüquq və soyqırımı araşdırmaları baxımından 1918-ci ilin mart hadisələri hansı əsas kriteriyalara uyğun gəlir? Yada salaq:-Hədəfli etnik-selektiv zorakılıq – qurbanların etnik və dini mənsubiyyətə görə seçilməsi;-Sistemlilik və planlılıq – Bakı Soveti və daşnak silahlı dəstələrinin koordinasiyalı fəaliyyəti;-Mülki əhaliyə yönəlmiş total destruksiya – qadın, uşaq və yaşlıların kütləvi şəkildə qətlə yetirilməsi;-Mədəni irsin məhv edilməsi – yaşayış məntəqələri, məscidlər və qəbristanlıqların dağıdılması.

Bu özəlliklər hadisələrin lokal qırğın olmadığını göstərir və klassik soyqırımı aktı kimi təsnif olunmasına əsas verir.

Miqyas və statistik göstəricilər: Tarixi coğrafiyanın genişliyi

Hadisələrin coğrafiyası təkcə Bakı ilə məhdudlaşmamış, geniş bölgəsəl miqyası əhatə etmişdir:-Bakı şəhəri və o vaxtkı Bakı quberniyası,-Şamaxı (120 kənddən 86-sı dağıdılmışdır),-Quba (122 kənd məhv edilmişdir),-Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan və digər bölgələr…

Ümumi qurban sayı isə on minlərlə ifadə olunur ki, bu da hadisələrin lokal olmadığını, bölgə miqyaslı sistemli aksiya olduğunu sübut edir.

Özəlliklə Şamaxı və Quba hadisələri, həm arxiv materialları, həm də sonradan üzə çıxarılmış kütləvi məzarlıqlar vasitəsilə bu faciənin gerçək miqyasını daha aydın şəkildə ortaya qoyur.

Tarixin ört-basdır edilməsi və postsovet dönəmində reaktualizasiya

Sovet ideoloji sistemi çərçivəsində bu hadisələr uzun müddət ya təhrif edilmiş ya da ümumiyyətlə tarixşünaslıqdan qıraqda saxlanılmışdır. Bu isə kollektiv yaddaşın intentional amneziya (qəsdən unutdurma) prosesinə məruz qalmasına gətirib çıxarmışdır.

Lakin müstəqillikdə arxiv materiallarının yenidən araşdırılması, Quba kütləvi məzarlığının szə çıxarılması, yeni elmi araşdırmaların aparılması və s. bu hadisələrin tarixi reabilitasiyası və elmi əsaslandırılması prosesini sürətləndirmişdir.  Beləliklə, bu mərhələni milli tarixşünaslıqda “yaddaşın bərpası və güncəllənməsimərhələsi” kimi xarakterizə etmək mümkündür.

Siyasi-hüquqi qiymət və dövlət yaddaş siyasəti

Bəli, Ümummilli lider Heydər Əliyevin 1998-ci il Fərmanı ilə 31 Martın rəsmi şəkildə Soyqırımı Günü elan olunması, hadisələrin həm də siyasi-hüquqi fenomen kimi tanınmasına gətirib çıxardı.  

Sonrakı mərhələdə Prezidentin 2018-ci ildəki müvafiq Sərəncamı əsasında 100 illiyin qeyd olunması, Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasıdövlətin bu məsələdə sistemli yaddaş siyasəti yürütməsinin göstəricisidir.

Bu siyasət üç əsas istiqaməti əhatə etməkdədir:1.Tarixi həqiqətlərin elmi əsaslandırılması,2.    Beynəlxalq ictimaiyyətə təqdimat və diplomatik mübarizə,3.    Milli yaddaşın institusional qorunması.

Kollektiv yaddaş və milli identiklik: nəzəri yanaşma

Çağdaş kulturoloji və sosioloji yanaşmalara görə, kollektiv yaddaş milli identikliyin əsas sütunlarından biridir. Bu baxımdan 31 Mart hadisələri həm də milli özünüdərkin formalaşmasında aktiv faktor kimi çıxış edir.

Bu hadisələrin Müstəqil və tarixi Zəfər qazanmış Azərbaycanın yaddaşında saxlanılması milli həmrəyliyi gücləndirir, tarixi ədalət axtarışını stimullaşdırır, gələcək təhlükələrin qarşısını almağa xidmət edir.Başqa sözlə, yaddaş burada mədəni kapital və eyni zamanda milli təhlükəsizlik komponenti funksiyasını yerinə yetirir. 

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
2
bakivaxti.az

3Mənbələr