AZ

Trampın təyyarəsi havaya qalxa bilmədi Dron hücumu xəbərdarlığına görə

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampı daşıyan təyyarənin Floridadan havaya qalxması zamanı təhlükəsizlik səbəbilə uçuş əməliyyatları müvəqqəti dayandırılıb.

Məlumata görə, hava limanı yaxınlığında kimliyi naməlum pilotsuz uçuş aparatının görüldüyü barədə siqnal daxil olub. Bu səbəbdən əraziyə təcili olaraq helikopterlər cəlb edilib.

Hadisə Trampın Mar-a-Laqo iqamətgahından ayrılıb təyyarəyə mindiyi anlarda baş verib. Uçuşa saniyələr qalmış radarda qeydə alınan və dron olduğu ehtimal edilən şübhəli obyekt səbəbilə bütün hava hərəkəti dayandırılıb.

Hadisə ilə paralel olaraq NORAD (Şimali Amerika Hava-Kosmik Müdafiə Komandanlığı) aktivləşdirilib. Qadağan olunmuş hava məkanını pozan və dispetçerlərlə əlaqə saxlamayan mülki təyyarəni dayandırmaq üçün F-16 qırıcıları havaya qaldırılıb.

NORAD rəsmiləri bildiriblər ki, F-16 təyyarələri müvəqqəti uçuş məhdudiyyətlərini pozan mülki təyyarəni dayandırıb və dron təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılıb.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr