AZ

İsraildə neft emalı zavoduna raket qalıqları düşüb - Yanğın başlayıb

Bakı. Trend:

İsrailin şimal şəhəri Hayfada yerləşən "Bazan" neft emalızavodunun sənaye binası və yanacaq tankerinə hava hücumundanmüdafiə qüvvələri tərəfindən qarşısı alınmış raketin qalıqlarıdüşüb.

Trend xariciKİV-ə istiadən xəbər verir ki, ölkənin Yanğın və XilasetməXidmətinin məlumatına görə, infrastruktur zərər görüb.

Hələlik raketin İrandan, yoxsa "Hizbullah" trəfindən Livandanatıldığı məlum deyil.

Qeyd edilib ki, yanğınsöndürənlər alovun yayılmasının qarşısınıalmaq, eyni zamanda insanların təhlükəsizliyini təmin etmək üçünçalışırlar.

Enerji naziri Eli Kohen bildirib ki, istehsal obyektlərinə zərərdəyməyib və yanacaq təchizatı təsirlənməyəcək.

Məqalədə:
Seçilən
30
2
az.trend.az

3Mənbələr