Rusiya Kubanın enerji problemlərinə laqeyd qala bilməz...
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya həyat təminatı sistemlərinin işləməsi üçün neft və neft məhsullarına ehtiyacı olan kubalı dostlarına kömək etməyi öz vəzifəsi hesab edir.
Kremlin Rusiya neft məhsullarının Kubaya çatmasından məmnun olduğunu vurğulayan Peskov ölkəsinin Kubaya neft tədarükü üzərində işləməyə davam edəcək.
Putinin sözçüsü Kubaya Rusiya neftinin tədarükü mövzusunun Rusiya və amerikalı həmkarları tərəfindən əvvəlcədən qaldırıldığını da söyləyib.
O, Rusiyanın Avropa da daxil olmaqla bütün bazarlar üçün etibarlı enerji təchizatçısı olaraq qalmağa hazır olduğunu əlavə edib.
Poliqon.info