AZ

Tramp Lukaşenko ilə Sülh Şurasının növbəti iclasında görüşəcək…



Belarusda daha 250 siyasi məhbus azadlığa buraxılmasına görə Lukaşenkoya təşəkkür edən Tramp Sülh Şurasının növbəti iclasında onunla görüşəcəyini deyib.

“Ötən ilin may ayından bəri Prezident Lukaşenkonun azad etdiyi məhbusların ümumi sayı 500-dən çoxdur. Prezidentə bunun üçün böyük təşəkkürümü bildirirəm. Sülh Şurasının növbəti iclasında onunla görüşü səbirsizliklə gözləyirəm”, – deyə Tramp sosial mediada yazıb.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Belarus hakimiyyəti təxminən 250 məhbusu azad edib. Onlar arasında insan haqları müdafiəçiləri Marfa Rabkova və Nasta Loika da olub. Bundan əvvəl, 2025-ci ilin dekabrında isə Belarusda əlavə 123 məhbus, o cümlədən müxalifətçi Maria Kolesnikava və prezidentliyə sabiq namizəd Viktar Babaryka azad edilmişdi.

Tahir TAĞIYEV

Seçilən
19
baki-xeber.com

1Mənbələr