Avstraliyanın Baş naziri Entoni Albanese ABŞ Prezidenti Donald Trampdan İranla davam edən müharibənin məqsədləri ilə bağlı aydınlıq istədiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Albanese Trampın müharibə zamanı etdiyi hərəkətlər barədə fikirləri soruşulduqda deyib: "Müharibənin məqsədləri ilə bağlı daha çox aydınlıq və gərginliyin azaldılmasını görmək istəyirəm".
Avstraliya Birləşmiş Ərəb Əmirliklərinin xahişindən sonra onları qorumaq üçün hava qüvvələri ilə təmin edib, lakin Hörmüz boğazının yenidən açılmasına kömək etmək üçün dəniz gəmilərinin göndərilməsini istisna edib.
Aminə ŞAHSUVARQIZI