AZ

Qaydaları “çeynəyən” sürücülər ard-arda qəza şəraiti yaratdı - VİDEO

Xocahəsən-Lökbatan yolunda (“Abşeron” ticarət mərkəzinin yaxınlığında) qaydaları kobud şəkildə pozan sürücülər kameraya düşüb.

Aftosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Görüntülərdən aydın olur ki, yolda yaranmış sıxlıqda gözləmək istəməyən “BYD”, “KIA” və 77-FJ-235 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobillərin sürücüləri əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət ediblər.

Nəticədə onlar qarşı tərəfdən gələn nəqliyyat vasitələrini çətin vəziyyətdə qoyaraq qəza şəraiti yaradıblar.

Qeyd edək ki, bu cür davranış tıxac problemini həll etmir, əksinə, hərəkətin ümumi ritmini pozaraq daha böyük sıxlığa və qəza riskinə səbəb olur.


Seçilən
46
1
ekologiya.az

2Mənbələr