AZ

Azərbaycanda şəkər istehsalı artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal edilib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 % çoxdur.Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı isə 14,1 % artaraq 1 min 549,2 tona çatıb.Martın 1-nə Azərbaycanda 18,9 min ton şəkər və qənd, 90,1 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 9,5 dəfə çox və 33,1 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.

Seçilən
22
7
metbuat.az

10Mənbələr