AZ

Bayramlarda zəng edər, hal əhval tutardıq Xalq artisti

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Rasim Balayev Azərbaycan incəsənətinə öz möhürünü vurmuş, böyük qəlbli, çox gözəl insan idi". 

Modern.az xəbər verir ki, bunu mərhum Rasim Balayevlə dəfn mərasimində Xalq artisti Valeh Kərimov deyib.

“O, Azərbaycan xalqı var olduqca, ədəbiyyatımız, incəsənətimiz və mədəniyyətimizlə birlikdə daim yaşayacaq. Rasim Balayev həmin zirvədə duran sənətkarlardandır və həmişə də orada olacaq”.

Çox təəssüf ki, yazın bu gözəl çağında, quşların uçduğu, cəh-cəh vurduğu bir zamanda biz onun yasını saxlayırıq. Bu, doğrudan da böyük bir təzaddır”.

V.Kərimov əlavə edib ki, onunla son görüşü ötən yay olub:

“Amma sonradan tez-tez telefonla danışırdıq. Bayramlarda zəng edər, hal-əhval tutardıq. Bu ilin əvvəlində də danışmışdıq. Dedi ki, Türkiyəyə gedəcək. O telefon danışığından sonra mən də ona zəng etdim, amma cavab vermədi. Sonradan bildim ki, müalicə alırmış… Allah rəhmət eləsin”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
modern.az

1Mənbələr