Ermənistanın baş naziri müxalifətin sülhlə bağlı iddialarını sərt tənqid edib.
Musavat.com xəbər verir ki, Nikol Paşinyan müxalifətin əvvəlki dövrlərdə sülhün mövcud olması ilə bağlı iddialarını “siyasi manipulyasiya” adlandırıb.
O bildirib ki, ölkədə əvvəllər heç vaxt real sülh olmayıb:
“Onlar deyir ki, əvvəl sülh var idi – bu, kinik yalandır. Əvvəlki illərdə çoxlu itkilər və yaralılar var idi. Bu, sülh deyildi, sadəcə müharibənin təxirə salınması idi”.
Paşinyanın sözlərinə görə, Ermənistan bu vəziyyətin əvəzini dövlətçilik, iqtisadi inkişaf və müstəqillik baxımından ödəyib.
O qeyd edib ki, 2016-cı il Aprel döyüşləri bu yanaşmanı dəyişdi və yeni reallıq formalaşdırdı.
Paşinyanın fikirincə, Ermənistan tarixində ilk dəfə olaraq real sülh şəraitində yaşayır:
“2025 ilk təqvim ili oldu ki, itkilərimiz olmadı. 2024-cü ilin martından bəri nə ölən, nə də yaralanan var”.
Nikol Paşinyan əlavə edib ki, sülh sazişi hələ tam imzalanmasa da, artıq tərəflər arasında hüquqi əsaslar formalaşıb. Onun sözlərinə görə, delimitasiya komissiyalarının təsdiqlədiyi birgə fəaliyyət qaydaları sənədə hüquqi qüvvə verib.
Musavat.com