AZ

Varlılar öz pullarını necə idarə edirlər? Dünya və Azərbaycan TƏCRÜBƏSİ

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Milyarderlərin həyatı maraqlı və fərqlidir. Bu fərqlilik təkcə gündəlik yaşam tərzi ilə deyil, həm də məsələlərə baxışları ilə özünü büruzə verir. Məsələn milyarderlər puldan adi insanlardan fərqli şəkildə istifadə edirlər. Əksər ailələr maliyyə planlarının əsasını əmanət hesabları üzərində qurduğu halda, milyarderlər belə hesabları çox vaxt səmərəsiz hesab edir.Bunun əsas səbəblərindən biri əmanət hesablarından əldə olunan gəlirin vergiyə cəlb olunmasıdır. Milyarderlər isə adətən daha çox vergi ödəməkdən qaçmağa çalışırlar. Bundan əlavə, inflyasiya və vergilər nəzərə alındıqda əmanət hesabları çox vaxt mənfi real gəlir verir. Likvidlik məsələsi milyarderlər üçün adətən problem olmadığı və onların ənənəvi fövqəladə ehtiyat fondlarına ehtiyacı olmadığı üçün əmanət hesabları ultra varlı şəxslər üçün cəlbedici sayılmır.

 

MÖVZU İLƏ BAĞLI:2026-cı il üçün dolların məzənnəsi - Bu tarixdən kəskin BAHALAŞA BİLƏR

Bəs belədirsə, milyarderlər pullarını hara yatırırlar?Öz biznesləriMilyarderlərin ən çox üstünlük verdiyi investisiyalardan biri öz şirkətlərinin səhmləridir. Əslində milyarder olmağın ən geniş yayılmış yolu böyük və uğurlu biznes qurmaqdır. Bəzi insanlar səhmlərə və digər bazarlara investisiya etməklə milyonçu ola bilsələr də, milyardlarla ölçülən sərvətə çatmaq adətən böyük bir şirkətin qurulması və ya ona sahib olmaqla mümkün olur.“Forbes”un milyarderlər siyahısına baxdıqda görmək olar ki, ilk 10 milyarderin demək olar hamısı sərvətlərini şirkət qurmaq və ya onun inkişafında mühüm rol oynamaq sayəsində qazanıblar. Onların arasında İlon Mask (“Tesla”, “SpaceX”), Mark Zukerberq (“Meta Platforms”), Ceff Bezos (“Amazon”), Lerri Ellison (“Oracle”), Bernar Arno (“LVMH”), Uorren Baffet (“Berkshire Hathaway”), Lerri Peyc (“Google”), Sergey Brin (“Google”), Amansio Orteqa (“Zara”) və Stiv Balmer (“Microsoft”) kimi tanınmış adlar var.Daşınmaz əmlakDaşınmaz əmlak milyarderlər arasında populyar investisiya sahələrindən biridir. Bunun əsas səbəblərindən biri onun real və maddi aktiv olmasıdır. iqtisadi qeyri-müəyyənlik dövrlərində belə insanlar yaşamaq və işləmək üçün məkana ehtiyac duyduqları üçün daşınmaz əmlak öz dəyərini qorumağa davam edir.Milyarderlər adətən ən prestijli torpaq sahələrinə və obyektlərə investisiya qoyurlar. Belə əmlaklar iqtisadi çətinlik dövrlərində belə yüksək maraq doğurur.Daşınmaz əmlak həm də yaxşı gəlir mənbəyi hesab olunur. kirayə gəlirləri nisbətən sabit olur və investorlar kredit imkanlarından istifadə etməklə daha böyük qazanc əldə edə bilirlər. bundan əlavə, bu sahə müxtəlif vergi üstünlükləri də təqdim edir ki, bu da milyarderlər üçün mühüm amillərdən biridir.Özəl kapitalÖzəl kapital (private equity) açıq fond bazarlarında, məsələn, Nyu-York Fond Birjasında ticarət olunmayan şirkətlərin səhmlərinə investisiya qoymaq deməkdir. Fərdi investorlar bu bazara getdikcə daha çox çıxış əldə etsələr də, tarixən bu sahə əsasən ultra varlı şəxslərin investisiya sahəsi olub.Ultra yüksək sərvətə malik investorlar üçün yaradılmış “TIGER21” təşkilatının məlumatına görə, 2024-cü ildə təşkilat üzvlərinin portfellərində ən böyük pay məhz özəl kapitala məxsus olub. Bu aktiv növü portfellərdə orta hesabla 28% payla birinci yeri tutub. Daşınmaz əmlak isə 26% payla ikinci yerdə qərarlaşıb.SəhmlərMilyarderlərin çoxu sərvətlərini birbaşa fond bazarından qazanmasa da, onlar mövcud kapitallarını artırmaq üçün səhmlər bazarından geniş istifadə edirlər. ABŞ Federal Ehtiyat Sisteminin məlumatına görə, 2022-ci ilə qədər ABŞ-da ən varlı 10% əhali ölkə fond bazarının ümumi dəyərinin təxminən 93%-nə sahib olub.Bu sərvətin müəyyən hissəsi milyarderlərin sahib olduğu şirkətlərlə də bağlıdır. Məsələn, “Reuters”in məlumatına görə, “Berkshire Hathaway” şirkətinin açıq bazarda ticarət olunan səhmləri Uorren Baffetin ümumi sərvətinin təxminən 99,5%-ni təşkil edir. Digər şirkət rəhbərlərinin investisiyaları daha çox şaxələndirilmiş olsa da, onların sərvətlərinin böyük hissəsi yenə də şirkət səhmlərində qalır.Bəs, Azərbaycanda varlılar öz pullarını necə idarə edir?Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ölkəmizdəki imkanlı şəxslər pullarının bir qismini əmanət formasında banklara yatırırlar:“Bizdə sığortalanan əmanət 100 min manat olduğu üçün varlı insanlar pullarını bir neçə yerə bölərək depozit qoyurlar. Amma varlı insanlar daha çox investor olurlar. Onlar vəsaitlərinin bir qismini depozitə yatırırlar, böyük qismini isə investisiya qoyurlar. Məsələn, daşınan,daşınmaz əmlaklar alırlar, biznes qururlar. Bu cür investisiya daha çox gəlir gətirir”.Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
bizim.media

3Mənbələr