AZ

Əhməd əş-Şəraa və Frank-Valter Ştaynmayer əməkdaşlığı müzakirə ediblər

Suriya və Almaniya prezidentləri Berlinda görüşərək iki ölkə arasındakı ikitərəfli münasibətləri və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

BAKU.WS SANA-ya istinadən xəbər verir ki, hər iki tərəf qarşılıqlı fəaliyyətin artırılmasında maraqlı olduqlarını bildiriblər.

Görüş çərçivəsində Əhməd əş-Şəraa həmçinin Berlində keçirilən Alman-Suriya biznes forumunda iştirak edib.

O, investisiyaların təşviqi üçün Suriyada investisiya qanunvericiliyində əhəmiyyətli dəyişikliklərin edildiyini açıqlayıb və ölkənin infrastruktur və neft-qaz ehtiyatlarına yatırımlar üçün geniş imkanlar təqdim etdiyini vurğulayıb.

Seçilən
19
far.az

1Mənbələr