17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan U-17 son oyununda Maltanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda ilk iki görüşdə xal qazana bilməyən rəqibi ilə bacarmayıb - 2:2. Oyunun gedişində 2 top fərqi ilə geri düşən yığma bərabərliyi təmin etsə də, qələbə qolunu vura bilməyib. U-17-nin heyətində Əli Bəşirov fərqlənib. Yığmanın digər qolu avtoqoldan qeydə alınıb.
Beləliklə, yığma qrupda 3-cü yeri tutaraq mübarizəni dayandırıb.
Xatırladaq ki, 17 yaşlılar turnirdəki ilk iki oyununda heç-heçə ilə kifayətlənib. Bolqarıstanla oyunda 1:1, Litva ilə görüşdə 0:0 hesabı qeydə alınıb.
AÇ-2026
Seçmə mərhələ, 2-ci qrup
30 mart
Azərbaycan – Malta 2:2
Qollar: Ə.Bəşirov, 57. R.Debono, 72-öz qapısına - J.Roe, 2. K.Zammit, 51.
Hakimlər: Trpçevski Stoyanço, Darko Vidiniç (hər ikisi Şimali Makedoniya), Todor Vukov, Georgi Stoyanov (hər ikisi Bolqarıstan).
Plovdiv. "Nikola Şterev–Ştarika" İdman Kompleksi.