AZ

İranda 131 tarixi və mədəni irs obyektinə ziyan dəyib

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ və İsrailin İrana hücumları nəticəsində qlobal əhəmiyyətli obyektlər də daxil olmaqla 131 tarixi və mədəni irs obyekti zərər görüb.

Redaktor.az xəbər verir ki, bu barədə İran Mədəniyyət Nazirliyi bəyanat yayıb.

İran hökumətinin mətbuat xidməti bəyanatdan sitat gətirib: "Zədələnmiş tarixi yerlərin sayı 114-dən 131-ə çatıb. Bunlar qlobal, milli və regional əhəmiyyətli yerlərdir. Bu, zərərin artan miqyasını və təcili müdaxiləyə və beynəlxalq ictimaiyyətin diqqətinə ehtiyac olduğunu göstərir".

Nazirlik əlavə edib ki, İranın 10 əyalətində otellər, yaşayış kompleksləri, turizm agentlikləri və iaşə müəssisələri də daxil olmaqla 64 turizm obyektinə ziyan dəyib.

Mədəniyyət Nazirliyi həmçinin 50 muzeyə, o cümlədən Saadabad Saray kompleksindəki 14 muzeyə və Gülüstan Saray kompleksinin bir hissəsi olan yeddi muzeyə ziyan dəydiyini bildirib.

Gülüstan Tehranın ən qədim saray komplekslərindən biridir. XVIII əsrin sonlarında İranda hakimiyyətə gələn Qacar sülaləsi şahlarının iqamətgahı olub. 2013-cü ildən bəri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
redaktor.az

2Mənbələr