Şəmkir rayonunda oğul anasını qətlə yetirib.
"Yeni Sabah" xəbər verir ki, hadisə martın 30-da günorta saatlarında rayonun Qaracəmirli kəndində baş verib.
Kənd sakini 1993-cü il təvəllüdlü Anar Allahverdiyev anası, 1959-cu il təvəllüdlü Çiçək Sərdarovaya hücum edib.
O, anasını balta ilə qətlə yetirib. Qətldən sonra A.Allahverdiyev üzərinə tezalışan maddə tökərək özünü yandırıb. Hadisə zamanı o da ölüb.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız