AZ

Şagirdlərin telefon bəlası: “Texnoloji avadanlıqlardan istifadə...”

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Niderlandda məktəblərdə tətbiq edilən telefon qadağası gözlənilməz nəticələr ortaya çıxarıb.

2024-cü ildən etibarən ölkənin məktəblərində smartfon, “ağıllı saat” və planşetlərin istifadəsi tam şəkildə məhdudlaşdırılıb.

Qadağa yalnız dərs zamanı deyil, həm də fasilələrdə, dəhlizlərdə və yeməkxanalarda tətbiq olunur.

İki il davam edən bu təcrübənin nəticələrinə görə, məktəblərin 75 faizi dərslərdə diqqətin əhəmiyyətli dərəcədə artdığını bildirib.

Təxminən 65 faiz təhsil müəssisəsi şagirdlər arasında münasibətlərin yaxşılaşdığını, 30 faizi isə akademik göstəricilərdə yüksəliş qeydə alındığını açıqlayıb.

Bəs bu telefon qadağası Azərbaycan məktəblərində də tətbiq olunurmu?

Təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, 2025–2026 tədris ilindən etibarən Azərbaycanda da şagirdlərin məktəblərdə mobil telefonlardan istifadəsi ilə bağlı məhdudiyyətlər demək olar ki, müəyyən qaydalar çərçivəsində tətbiq olunmağa başlayıb və həmin qaydalardan irəli gələrək məktəblərdə şagirdlər mobil telefonlardan istifadə edə bilmirlər:

“Belə ki, şagirdlər dərsə gələrkən mobil telefonlarını təhvil verirlər və yalnız dərs bitdikdə telefonlarını geri götürürlər. Bu qərar artıq bizdə tətbiq olunub və həyata keçirilir”.

Ekspert qeyd edir ki, dünyanın əksər ölkələrində də bu istiqamətdə qaydalar sərtləşdirilir ki, “ağıllı saat”lar, smartfonlar və digər texnoloji avadanlıqlar dərsin gedişatına mənfi təsir göstərməsin:

“Şagird davranış qaydalarında da xüsusilə mobil telefonlardan, “ağıllı saat”lardan və digər bu kimi texnoloji avadanlıqlardan istifadə məhdudlaşdırılıb”.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

mobil telefonlar Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr