AZ

BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qaldı

BMT-nin Livanın cənubundakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) patrul dəstəsi Talusa yaşayış məntəqəsi ərazisində hücuma məruz qalıb, sülhməramlılar arasında yaralılar var.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Livanın "Al-Mayadeen" telekanalı xəbər verir.

"UNIFIL patrul dəstəsinə hücum Bni-Hayyan - Talusa yolunda baş verib; yaralıların Nakura bazasından təxliyəsi üçün helikopter cəlb edilib", - telekanal qeyd edib./Report


Telegram kanalımız
Seçilən
12
6
yenisabah.az

7Mənbələr