AZ

Bu həftə bürcünüzü nə gözləyir? Maaş, karyera, sevgi...

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Martın 30-dan aprelin 5-nə qədər olan həftə bürclər üçün mühüm yeniliklər vəd edir. Həftənin əsas astroloji hadisəsi aprelin 2-də Tərəzi bürcündə baş verəcək dolunaydır. Demokrat.az bildirir ki, kosmik enerji sevgi, karyera və şəxsi inkişaf sahələrində vacib qərarların veriləcəyini göstərir.QoçHəyatınızdakı insanlarla münasibətlərinizi yenidən nəzərdən keçirirsiniz. Kiminlə hansı istiqamətdə davam edəcəyinizlə bağlı qəti qərar vermək vaxtıdır.BuğaGündəlik həyat ritminizdə və iş mühitinizdə nizam yaratmaq üçün yaxşı imkanlar yaranır. Zərərli vərdişlərdən qurtulmaq üçün uyğun zamandır.ƏkizlərHissləriniz və xoşbəxtlik anlayışınız dəyişir. Xüsusilə sevgi həyatınızda sizi yoran qeyri-müəyyənliklər aradan qalxır, daha rahat hiss edirsiniz.XərçəngAilə, ev və şəxsi məkanınızla bağlı yeniliklər gözlənilir. Yaşayış yerinizlə bağlı ciddi qərarlar verə bilərsiniz.ŞirYaxın çevrənizlə ünsiyyətdə sərhədləri yenidən müəyyənləşdirirsiniz. Kimə nə qədər vaxt ayıracağınızı və harada dayanacağınızı dəqiqləşdirirsiniz.QızÖz dəyərinizi daha aydın dərk edirsiniz. Zəhmətinizin qarşılığını almaq və maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün konkret addımlar atırsınız.TərəziBürcünüzdə baş verən dolunay sizin üçün dönüş nöqtəsidir. Həyatınızın idarəsini əlinizə alır, yeni mərhələyə keçirsiniz.ƏqrəbDaxili aləminizdə təmizlənmə prosesi başlayır. Gizli qalan məqamlar üzə çıxa bilər, bu isə ruhsal yenilənməyə kömək edəcək.OxatanSosial mühitinizdə və dostluq münasibətlərinizdə süzgəc prosesi gedir. Gələcək planlarınız daha aydın formalaşır.OğlaqKaryera və cəmiyyətdəki mövqeyinizlə bağlı yeni imkanlar yaranır. Qarşınızdakı maneələr tədricən aradan qalxır.DolçaDünyagörüşünüz və inanclarınız yenilənir. Yeni biliklər, uzaq səfərlər və fərqli mədəniyyətlərlə bağlı mövzular diqqət mərkəzindədir.BalıqlarMaliyyə məsələləri və ortaq gəlirlərlə bağlı çətinlikləri həll etmək üçün uyğun zamandır. Ruhən yeniləndiyinizi hiss edirsiniz.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
demokrat.az

1Mənbələr