AZ

“Barselona” Bastonini 60 milyon avroya transfer edə bilər

“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastoni gələcək mövsümdə kataloniyalıların formasını geyinmək istəyir və buna görə də futbolçu digər klublardan gələcək təklifləri nəzərdən keçirmir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “Barselona” transfer üçün hesablamalar aparıb və 26 yaşlı oyunçunu 55–60 milyon avroya əldə edə biləcəyinə inanır. “İnter”in məşqçi heyəti isə Bastoninin mümkün ayrılığına hazırlaşır.

Hazırda İtaliya millisinin müdafiəçisinin illik maaşı 5,5 milyon avrodur. Bildirilir ki, “İnter” onun müqaviləsini uzadaraq maaşını 7 milyon avroya qaldırmaq niyyətindədir. Eyni zamanda “Barselona” futbolçunun nümayəndələrinə daha yüksək ödəniş etməyə hazır olduğunu bildirib.

Cari mövsümdə Bastoni bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.

Seçilən
28
90deqiqe.az

1Mənbələr