AZ

İqtisadçı: Hörmüz boğazında risklər: yanacaq qiymətləri artır, qıtlıq ehtimalı güclənir » AzadMedia.az

İqtisadçı:

Hörmüz boğazı vasitəsilə neft daşımalarında yaranan çətinliklər enerji idxalçısı olan ölkələrdə yanacaq bazarına ciddi təsir göstərir. Mövcud vəziyyət bəzi ölkələrdə yalnız qiymət artımı ilə deyil, həm də yanacaq qıtlığı riski ilə müşahidə olunur.

ABŞ-da mart ayı ərzində benzinin qiyməti əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, bir qalon benzinin orta qiyməti 2.81 dollardan 3.98 dollara çatıb. Ayrı-ayrı ştatlarda isə bu rəqəm 4.6 dollara qədər yüksəlir. Qeyd edək ki, 1 qalon 3.78 litr təşkil edir.

Avropa İttifaqında da oxşar tendensiya müşahidə olunur. Hazırda Aİ üzrə benzinin orta qiyməti litr başına 1.78 avroya yüksəlib, bəzi üzv ölkələrdə isə bu göstərici artıq 2 avroya çatıb. 2025-ci ildə 336.7 milyard avro dəyərində enerji məhsulları idxal edən ittifaq üçün son hadisələr bazarda volatilliyi artırmaqla yanaşı, yanacaq qıtlığı ehtimalını da gündəmə gətirir.

Statistikaya görə, Aİ ötən il idxal etdiyi neftin 15.1 faizini ABŞ-dan, 14.4 faizini Norveçdən, 12.7 faizini isə Qazaxıstandan təmin edib. Bununla belə, dünya enerji məhsullarının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı Aİ-nin ümumi neft istehlakının 6.2 faizinin reallaşmasında rol oynayır.

Mütəxəssislərin fikrincə, Aİ-nin boğazdan asılılığı qlobal orta göstəricidən nisbətən aşağı olsa da, bəzi ölkələrin benzin ixracını məhdudlaşdırması Avropa bazarına təsirsiz ötüşməyə bilər.

İqtisadçı Vüqar Bayramovun qeyd etdiyi kimi, dünya neft bazarı yeni mərhələyə daxil olur. Bu mərhələdə bir sıra inkişaf etmiş ölkələrdə yalnız qiymət artımı deyil, eyni zamanda yanacaqdoldurma məntəqələrində uzun növbələrin yaranması ehtimalı da artır.

Seçilən
115
37
azadmedia.az

10Mənbələr