AZ

Hüseyn Məhəmmədoğlu ADU planlarını açıqladı: Kimlər gəlir?

Azərbaycan Dillər Universitetində (ADU) yaxın aylarda bir sıra konsert proqramlarının keçirilməsi planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə universitetin tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin bədii rəhbəri Hüseyn Məhəmmədoğlu TikTok canlı yayımı zamanı məlumat verib. O, bildirib ki, may ayında və yeni tədris ili çərçivəsində tələbələr üçün konsertlər təşkil olunacaq.

Onun sözlərinə görə, konsert proqramlarında Zamiq Hüseynov, Abbas Bağırov, Nigar Camal və Samir Piriyevin duet çıxışı, həmçinin Ayan Babakişiyeva və ya Günel Zeynalovanın iştirakı gözlənilir.

Canlı yayım zamanı izləyicilər arasında olan Günel Ələkbərova da diqqət çəkib. Hüseyn Məhəmmədoğlu ona müraciət edərək, onu da ADU səhnəsində görmək istədiklərini bildirib.

Bundan əlavə, o qeyd edib ki, əməkdar artist, tələbələrin ən çox görmək istədiyi müğənnilərdən biri olan Manana Caparidze də universitetə dəvət olunacaq.

Nərmin
NOCOMMENT.az

Seçilən
50
nocomment.az

1Mənbələr