AZ

Orban: Müxalifətin Rusiya nefti və aazından imtina planı Macarıstanı fəlakətə sürükləyəcək

ain.az, Bizimyol saytına istinadən bildirir.

Macarıstanın baş naziri Viktor Orban, müxalif “Tisa” partiyasının ölkənin enerji siyasətini Avropa İttifaqı istiqamətinə uyğunlaşdırmaq üçün Rusiya nefti və qazından imtina planının ölkəni iflasa sürükləyəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Orban videomüraciətində qeyd edib.

“Hər gün yeni qalmaqal. “Tisa” partiyasının enerji transformasiyası planı qorxuncdur. Bu sənəddə Macarıstanın ucuz Rusiya energoresurslarından imtina ssenarisi göstərilib”, - deyə Baş nazir bildirib. O vurğulayıb ki, planın həyata keçirilməsi benzin və dizel qiymətlərinin qalxmasına, kommunal xidmətlər üçün ödənişlərin artmasına və yeni enerji vergisinin tətbiqinə səbəb olacaq. Orban seçiciləri 12 aprel parlament seçkilərində müxalifətə yox, hakim “Fides – Macar Vətəndaş Birliyi” partiyasına səs verməyə çağırıb.

Sənəd partiyanın sabiq müşaviri Balaj Çerça tərəfindən ictimaiyyətə açıqlanıb. Çerça bildirib ki, Macarıstan Avropa Komissiyası və Ukrayna ilə münaqişələrini həll etmək üçün ciddi güzəştlərə getməli və Rusiya enerjisindən imtina etməlidir. Planın müəllifi “Tisa”nın enerji məsələləri üzrə müşaviri, sabiq "Shell" şirkəti yüksək vəzifəli əməkdaşı İştvan Kapitany hesab edilir.

Ekspert tövsiyələrinə görə, benzin qiymətləri üçün dövlət qiymətinin ləğvi, kommunal xidmətlər üçün bazar qiymətlərinin tətbiqi, MOL neft emalı zavodlarının Rusiya neftindən digər növlərə keçməsi və “enerji müstəqilliyi vergisi”nin tətbiqi nəzərdə tutulur.

Buna baxmayaraq, “Tisa” partiyasının lideri, Avropa Parlament üzvü Peter Madyar sənədin həqiqətə uyğun olmadığını bildirib. Partiya öz seçki proqramında Macarıstanın 2035-ci ilə qədər Rusiyadan enerji asılılığını aradan qaldırmağı hədəflədiyini, lakin bunu necə edəcəkləri barədə konkret məlumat vermədiyini açıqlayıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
49
bizimyol.info

10Mənbələr