AZ

Rənginə görə əlavə pul ödəməyin: Fərqi yox imiş...

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Bazarlarda qəhvəyi və ağ yumurtaların qiyməti fərqli olduğu üçün bir çox insanlar onların qida dəyərinin də fərqli olduğunu düşünür. Xüsusilə qəhvəyi yumurtaların daha bahalı satılması bu fikri daha da gücləndirir. Halbuki bildirilir ki, bu iki yumurta növü arasında əsas fərq yalnız qabığın rəngi ilə bağlıdır.Bəs qəhvəyi və ağ yumurtalar arasında əsl fərq nədir və qiymət fərqi niyə yaranır? Kənd təsərrüfatı üzrə ekspert Talıb Sadıqov Demokrat.az-a açıqlamasında deyib ki, qəhvəyi yumurtaların ağ yumurtalardan daha bahalı satılması səbəbi var:“Əslində isə məsələ yumurtanın rəngində yox, onu verən toyuqların xüsusiyyətlərindədir. Qəhvəyi yumurtaları əsasən daha iri cins toyuqlar verir. Bu toyuqların bədən çəkisi böyük olduğu üçün onların yemə olan tələbatı da daha çox olur. Fermer üçün isə ən böyük xərc məhz yem xərcləridir. Toyuq daha çox yem yeyirsə, təbii olaraq onun verdiyi məhsulun maya dəyəri də artır. Qəhvəyi yumurta verən toyuqlar adətən daha yavaş böyüyən və saxlanması nisbətən baha başa gələn cinslər olur. Bu cinslərə qulluq, yem və saxlanma şəraiti fermer üçün əlavə xərclər yaradır. Nəticədə bazara çıxarılan yumurtanın qiyməti də bir qədər yüksək olur. Bazarda psixoloji amil də rol oynayır. Bir çox istehlakçı qəhvəyi yumurtaların daha təbii, kənd yumurtası və ya daha qidalı olduğunu düşünür. Halbuki elmi baxımdan qəhvəyi və ağ yumurtanın qida dəyəri demək olar ki, eynidir. Zülal, vitamin və mineral tərkibi baxımından ciddi fərq yoxdur. Əslində yumurtanın keyfiyyətini müəyyən edən əsas faktor onun rəngi deyil. Toyuğun qidalanması, saxlanma şəraiti, yumurtanın təzəliyi və gigiyenik şəraitdə istehsal olunması daha böyük rol oynayır. Yəni ağ yumurta da qəhvəyi yumurta qədər faydalı və keyfiyyətli ola bilər”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
demokrat.az

1Mənbələr